Türkiyənin Milli Müdafiə Nazirliyi “Barış pınarı” əməliyyatı zamanı kürd silahlı dəstələrinin qətlə yetirdikləri dinc sakinlərin sayını açıqlayıb.
Məlumat nazirliyin “Twitter” səhifəsində yerləşdirilib.
Bildirilir ki, oktyabrın 9-dan indiyə kimi kürd yaraqlıları tərəfindən 45 dinc sakin öldürülüb, daha 244 nəfər yaralanıb.
Türkiyə hərbi idarəsi Fəratın sağ sahilində təhlükəsizlik zolağının yaradılması üzrə əməliyyatı davam etdirəcəyini qeyd edib.