Axtarış...

Qarabağ separatçıları xarici ölkələrdə səfirlik açmağı planlaşdırır - TƏXRİBAT



Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejim indi də dünyanın fərqli ölkələrində səfirlik və nümayəndəliklər açmağı planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə Qarabağdaöı qondarma rejimin “xarici işlər naziri” Masis Mailyan bildirib.

O, “parlament”də çıxşı zamanı bir neçə ölkə və regionun adını çəkib.

“Nümayəndəliklərimizin coğrafiyası genişlənməlidir. Prioritet olaraq Cənubi Amerika, Kipr və Yunanıstana baxırıq. Xatırladım ki, diaspor üzvləri bizim nümayəndəlik açmaq xərclərinin bir qismini qarşılayacaq”-deyə Mailyan söyləyib.

Mailyan gələn il Şuşanın Gövhər Ağa məscidinin ərazisində İran-Ermənistan elmi-mədəni mərkəzinin inşa olunacağını da əlavə edib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz