"Tuttosport" nəşri dünyanın ən yaxşı gənc futbolçusuna verilən "Golden Boy-2019" mükafatına namizəd finalçıların adını açıqlayıb.
Qol.az xəbər verir ki, namizədlərin sayı 21-dən 3-ə endirilib. Beləliklə, bu mükafat uğrunda Ceydon Sanço ("Borussiya" Dortmund), Joau Feliş ("Benfika"/"Atletiko") və Kay Heverts ("Bayer" Leverkuzen) mübarizə aparacaq.
Qeyd edək ki, "Golden Boy" yaşı 21-ə qədər olan ən yaxşı futbolçuya verilir. Ötən il bu mükafatı həmin vaxtda "Ayaks"da oynayan Matteys De Liqt qazanıb.
Xatırladaq ki, qalibin adı noyabrın 27-i Romada keçiriləcək mərasimdə açıqlanacaq.