Cəlilabadda evdən meyit aşkarlanıb.
APA-nın məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb. Nazim Alişanov adına Maşlıq kənd məktəbində riyaziyyat müəllimi işləyən, 1983-cü il təvəllüdlü Miriyev Zəfər Şirzaid oğlu yaşadığı mənzildə ölü tapılıb.
Ölümün səbəblərini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.