Balakəndə meşədən meyit tapılıb.
Millitv.az-ın verdiyi məlumata görə, hadisə rayonun “Beşbulaq” adlanan ərazisində qeydə alınıb. Meşə massivində ağacdan asılmış qadın meyiti aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qadının Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü, Mehdiyeva Biçə Vaqif qızı olması müəyyən edilib. Onun intihar etdiyi ehtimal edilir.
Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.//Apa.az