Axtarış...

Mənzildə qadın meyidi tapıldı: Araşdırma başladı

Mənzildə qadın meyidi tapıldı: Araşdırma başladı

Paytaxtın Yasamal rayonunda yaşayış mənzilində qadın meyidi tapılıb.
Yasamal rayon prokurorluğundan Axar.az-a daxil olan məlumata görə, iyunun 20-də saat 21 radələrində paytaxtın Yasamal rayon sakini 1933-cü il təvəllüdlü Yevgeniya Konikovskayanın yaşadığı mənzildə ölməsi barədə məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Baxış zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.
İlkin araşdırmalarla, Yevgeniya Konikovskayanın uzun müddət ürək çatışmazlığı və şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz