Axtarış...

Abşeronda satıcı müştərini qətlə YETİRİB - YENİLƏNİB



Abşeronda qətl törədilib.

Redaktor.az-ın məlumatına görə, hadisə ötən gecə baş verib. Rayon ərazisindəki mağazalardan birinə gələn müştəri, 1991-ci il təvəllüdlü Həsənov Fikrət Müşfiq oğlu ilə satıcı, 2004-cü il təvəllüdlü Əmiraslanov Gülağa Şahin oğlu arasında mübahisə düşüb. Mübahisəyə F.Həsənovun aldığı siqaretin pulunu verməməsi səbəb olub. Mübahisə zəminində G.Əmiraslanov müştərinin ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.

Hadisəni törədən G.Əmiraslanov saxlanılıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

***

Abşeron rayonu ərazisində gənc oğlan qətlə yetirilib.

Hadisə Xırdalan şəhərində bıçaqlanıb.

1991-ci il təvəllüdlü Həsənov Fikrət Müşfiq oğlu ürəyindən bıçaqlanıb. Onun meyiti yaşadığı evin giriş qapısının önündə tapılıb.

Faktla bağlı araşdırma aparılır.//Apa.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz