Fransada müxtəlif peşə sahibləri prezident Emmanuel Makronun pensiya islahatlarına qarşı ölkə tarixinin ən böyük tətilinə hazırlaşır.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər ki, dövlət başçısı irimiqyaslı tətil qərarına baxmayaraq, islahatları həyata keçirməkdə qərarlıdır. Qeyd edək ki, islahata görə, təqaüd yaşı 62-dən 64-ə çıxarılacaq. Bundan əlavə, təqaüdə çıxan insanlar arasında keçmişdəki fəaliyyət sahəsinə görə fərq qoyulmayacaq. Tətilin dekabr ayının 5-də başlayacağı gözlənilir.
Tətillərin nə vaxt başa çatacağı məlum deyil. Tətil səbəbiylə xüsusiylə Parisdə ciddi çətinliklərin yaşanacağı, nəqliyyat sisteminin fəaliyyətini dayandırcağı gözlənilir.