Ötən mövsümün ilk yarısını "Sumqayıt"da, ikinci hissəsini isə icarə əsasında "Xəzər"də keçirən Ramil Hasanov karyerasını Türkiyədə davam etdirəcək.
Milli.Az xəbər verir ki, 22 yaşlı hücumçu qardaş ölkənin BAL Liqasında çıxış edən "1074 Cankırıspor" klubuna keçib. Müqavilə ilə "Qəbələ"yə məxsus olan futbolçu Türkiyə klubu ilə 1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, perspektivinə böyük ümidlər bəslənilən futbolçu "Tavriya"nın yetirməsidir. O, vaxtıyla 21 yaşadək futbolçulardan ibarət milli komandamıza dəvət alıb.