"Asanlıqla deyə bilərəm ki, bu, bizim üçün son şansdır, ən vacib oyunumuzdur. Matça çox yaxşı hazırlaşmışıq".
Qol.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan APOEL-in futbolçusu Uroş Matiç klubun televiziyasına açıqlamasında deyib.
Ağdam klubu ilə qarşıdan gələn oyun haqda danışan serbiyalı yarımmüdafiəçi azarkeşlərindən dəstək istəyib: "Ümid edirəm ki, azarkeşlər bizi dəstəkləyəcək və yeni ildən sonra da avrokuboklarda oynamaq arzumuzun həyata keçməsində kömək edəcəklər. Əlbəttə, azarkeşlərimiz bizə lazımdır. Onları aramızda hiss edəndə daha yaxşı oynayırıq. APOEL güclü komandadır və yaxşı azarkeşləri var. Ümid edirəm ki, bunu dördüncü gün görəcəyik".
Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.