Axtarış...

"İstəyirik ki, turniri qələbə ilə başa vuraq" - Qurban Qurbanov

“Avrokubok mövsümündə son oyunumuzdur. Marağın az olduğu hiss edilir”.

Məlumata görə, bunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin VI turunun Lüksemburq təmsilçisi “Düdelanj”la oyunu ərəfəsində mətbuat konfransı keçirib. Azərbaycan çempionunun çalışdırıcısı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş barədə fikirlərini açıqlayıb: “Oyuna ciddi hazırlaşırıq. İstəyirik ki, yaxşı oynayaraq turniri qələbə ilə başa vuraq. Marağın az olduğunu dedikdə azarkeşləri nəzərdə tuturam. Komandanı isə hazırlamaq hər zaman çətindir. "Düdelanj" tanıdığımız rəqibdir. Azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

O bildirib ki, hər oyun “Qarabağ” üçün vacib xarakter daşıyır:

“Avrokubok oyunlarında stadionumuzun dolu olmasını istəyirəm. Azarkeşlərin yenə də ürəyinin bizimlə olacağını düşünürəm. Bəzən belə hallarla razılaşmalıyıq. Həmişə istəmişəm ki, bütün oyunlara tam heyətlə hazırlaşaq. Xayme Romero komanda ilə məşq edir. Ola bilsin ki, əsas heyətə düşmək ehtimalı az olsun. Bu da son turda "Keşlə"ylə matçı mikrozədə üzündən buraxmasına görədir. Əvvəlki oyunlarla müqayisədə oyunçularımızın durumu yaxşıdır. Ən azı ilin sonunda sağlam istirahət edə biləcəklər. Hələliksə futbolçulara oyuna hazırlıqda bir az sərbəstlik vermişik”.

Q. Qurbanovun sözlərinə görə, komandasının üstünlüyü öz meydanımızda oynamağımızdır:

“Düşünürəm ki, rəqib ilk oyundakı nəticəni nəzərə alıb daha yaxşı mübarizə aparacaq”.

Qeyd edək ki, sabah saat 21:55-də baş tutacaq oyunu “Qarabağ” – “Düdelanj” matçı hər iki komanda üçün formal xarakter daşıyır. Rəqiblər 1/16 final şansını artıq itiriblər.//Apa.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz