Axtarış...

"Sevilya" daha güclüdür, amma bu, heç nə demək deyil" - Monçi



"Sevilya"nın idman direktoru Monçi Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Qarabağ"la oyun öncəsi fikirlərini bildirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Roma"da çalışdığı zaman Ağdam klubuna qarşı Çempionlar Liqasının qrupunda keçirdikləri matçları yada salıb:

"Roma"da olarkən Bakıda 2:1 hesablı qələbə qazanmışdıq, amma çox əziyyət çəkmişdik. Romada 1:0 hesabı ilə qalib gəldiyimiz matçda da çətinlik yaşamışdıq. Onlar tnınmayan bir çempionatda iştirak edirlər, ammma futbolçularını təhlil etsəniz, sizə həyatı necə çətinləşdirdiklərini görərsiniz. Əlbəttə, "Sevilya" daha güclüdür, amma bu, heç nə demək deyil".

Monçi uğurlu başlanğıcın önəmli olduğunu vurğulayıb: "Böyük klublar arxayınlaşdıqda və kiçik komandalar yaxşı motivasiya olunduqda güclər bərabərləşir. Ümid edirik ki, arxayınlaşmayacağı və son oyunlardakı çıxışımızı davam etdirəcəyik".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:55-də başlayacaq.



Şərh yaz