Cəlilabad şəhər Təbriz küçəsi, 45 ünvanında qeydiyyatda olan İsmayılov Qamət Əcəbəli oğlun Mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət ünvanlayıb. DİA.AZ olaraq həmin müraciəti olduğu kimi təqdim edirik:
"Cənab Nazir! Yazıb sizə bildirirəm ki, mən 1-ci dərəcəli idmançıyam, YAP-in üzvüyəm, seçkilərdə və hökumət tədbirlərində həmişə fəal olmuşam. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının fəal əsgəri və çavuşu olmuşam və hərbi əliləm. Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi Bakı Bədən Tərbiyəsi və Turizim kollecininin bədən tərbiyəsi müəllimi ixtisasını bitirmişəm. H. Əliyev, İ. Əliyev, M. Əliyeva və Ə. Qarayev hamısının siyasətini dəstəkləyirəm, lakin bütün bunlara baxmayaraq zəhmətimin əvəzini görmürəm. 2002-ci ildən 2011-ci ilə qədər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cəlilabad rayon təhsil şöbəsinin idman məktəbində idman müəllimi işləmişəm. 2011-ci ildə sənədləriniz saxtadır deyərək, məni və çox müəllimləri işdən qanunsuz çıxartdılar. Cənab Nazir əgər doğrudan da mənim oxuduğum texnikum, aldığım diplom mənə verilən idman dərəcəsi və fəxri fərmanlar, diplomlar, hədiyyələr saxtadirsa necə olmalıdır? Cənab Nazir bütün bunlar hamısı sizin idman naziri işlədiyiniz dövrdə olub.
Müəllim yoldaşlarım Cəlilabad rayon məhkəməsinə pul verib işlərinə qayıtdılar amma mənim pulum olmadı. Aidiyyatı qurumlara şikayət etdim lakin onlar məni ixtisasıma uyğun işlə təmin etmədilər.
Cənab Nazir sizdən xahiş edirəm Cəlilabad rayon idman idarəsinə tapşırıq verin mənə idman muəllimi işi versin, yada təhsil şobəsinə tapşırıq verin ki, hərbi veteran kimi mənə hərbi müəllim işi versinlər, oda mümkün olmasa Mədəniyyət sahəsində məni münasib bir işlə təmin edəsiniz.
Ailəliyəm 2 azyaşlı uşaq atasıyam, kirayə mənzildə qalıram vəziyyətim çətindir.
Cənab Nazir öncədən sizə dərin təşəkkürlərimi bildirirəm və inanıram ki, mənə köməklik edəcəksiniz.