Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası respublikamızda fəaliyyət göstərən digər ali təhsil müəssisələrindən fərqlənir. Digər ali təhsil ocaqlarında təhsil almaq üçün yaxşı biliyə sahib olmaq lazımdırsa,burada söylədiyimiz savada malik olmaq o qədər də vacib deyil. Bu elə sözügedən təhsil müəssisəsinə qəbul olunmaq istəyənlər üçü Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş keçid balından da aydın olur. Adından da göründüyü kimi burada daha çox fiziki güc lazım olunur. Burada idmanın bir çox növlərindən təhsil alan tələbələrin böyük əksəriyyəti orta məktəblərdə o qədər də uğur qazana bilməyənlərdir. Nazirlər Kabinetinin qərarına əsasən beynəlxalq turnirlərin qalibləri bu akademiyaya imtahansız qəbul olunurlar.Qalan tələbələrin göstəriciləri isə məlum olmur.İdman Akademiyasını bitirənlərin böyük əksəriyyətı isə sonralar polis sistemində işləməyə üstünlük verirlər. Bilirsinizmi niyə? Bu Akademiyada hərc-mərcliyin kökü çoxdan davam edir,ona görə.
Sözügedən təhsil ocağında Millət Vəkili Ağacan Abıyevin rektor olduğu dönəmlərdə də neqotiv hallar kifayət qədər mövcud olub. Lakin Ağacan Abıyevin ictimaiyyət arasındakı nufuzu problemlərin qabardılmasınin hardasa qarşısını alırdı. Ağacan Abıyevi bir boksçu kimi nəinki respublikamızda, hətta beynəllxalq aləmdə də yaxşı tanıyırdılar.Lakin bu, onun bir rektor kimi fəaliyyətini kölgədə qoyurdu. Elə bu səbəbdən də Akademiyada təhsilin səviyyəsi yox dərəcəsinə düşmüş, yüksək səviyyəli məşqçilər yetişdirmək əvəzinə,polis akademiyasının filialına çevrilmişdi. Biz Akademiyanın nufuzuna kölgə salmaq fikrindən tamamilə uzağıq.Təbii ki,vaxtilə ölkəmizin ən məşhur idmançıları sözügedən akademiyanın məzunları olublar.bu gün də bir sıra idmançılarımız burada təhsil almaqdadırlar. Bəs Ağacan Abıyevin yerinə təyin olunan Fuad Hacıyev bu Akademiyada nə kimi işlər görə bilib? Yuxarıda Ağacan Abıyevin bir profesional idmançı olduğunu qeyd etmişdik.Fuad Hacıyevin isə nəyin profesianalı olduğu hələ bilinmir.
1984-cü ildə M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş Fuad Hacıyev “Mühəndis-texnoloq” ixtisasına yiyələnmişdir. 1994-cü ildə ikinci ali təhsil almışdır – Bakı Sosial İdarəetmə və Politologiya İnstitutununu (hazırkı Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyası) fərqlənmə diplomu ilə bitirmiş və “Politoloq” ixtisasına yiyələnmişdir.
Təhsillini bitirdikdən sonra Fuad Hacıyev istehsalatda mühəndis texnoloq işləmiş, Azərbaycan Komsomol Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. Müstəqillik dövründə Azərbaycan Respublikası Gömrük Xidmətində məsul vəzifələrdə çalışmışdır. 2006-2015-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışmışdır. 23 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilmişdir.
Əmək fəaliyyətinə mühəındislikdən başlamış, komsomol, gömrük sahələrində çalışan, politoloq olan, sonra aparat rəhbəri vəzifəsinə qədər yüksəlmiş Fuad Hacıyevin birdən birə Bədən Tərbiyəsi və İdman Akademiyası kimi bir samballı ali təhsil müəssisəsinə rəhbər təyin edilməsi ictimaiyyət üçün hələ də qaranlıq olan bir məsəlidir. Hər yerdə olduğu kimi Fuad Hacıyev də işə başlar,başlamaz ilk olaraq Ağacan Abıyevdən qalma kadrları sıxışdırmağa başlayıb. Müəllimlərin bir çoxunun dərs saatları azaldılıb və sabiq rektorun dövründəki ənənəni, yəni müəllimlərin də dolanışıq yolunu kəsərək hər şeyi öz əlində cəmləşdirib. Amma işin ən təhlükəli tərəfi odur ki, akademiyada rüşvət hələ də açış şəkildə yığılmaqdadır. Fuad Hacıyev artıq bütün dekanlıqlara «haqq» qoyub. Bəhanəsi də, guya, kimlərinsə ondan haqq istəməsidir. Maraqlıdır,görəsən Fuad Hacıyevdən haqqı kim tələb edir? Bəlkə ondan haqq tələb edən Gənclər və İdman Naziri Azad Rəhimovdur? Başqa kim ola bilər ki? Axı ölkə başçısı İlham Əliyev onu Akademiyaya pul yığmaq məqsədi ilə deyil, profesional idmançılar yetişdirmək üçün təyin edib. Hamıya da yaxşı məlumdur ki, cənab Prezidendt ölkədə idmanın inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəmir,əksinə hər bir idmançının qələbəsinə ürəkdən sevinir, dövlət səviyyəsində onların qayğı və problemlərinin həllinə köməklik göstərir.Amma Gənclər və İdman Naziri Azad Rəhimov və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev tandemi idmanımızın gələcəyini hara apardıqlarını heç kim bilmir.
Göründüyü kimi ölkə başçısının məqsədi bəllidir. Fuad Hacıyevin məqsəd isə açıq aydındır və onun məqsədi ilə prezident İlham Əliyevin məqsədi üst-üstə düşmür. Redaksiyamıza verilən məlumatlara Fuad Hacıyev bir rektor olaraq ancaq artıq pul yığmaq üçün yeni variantlar üzərində işləyir.Məlum olduğu kimi artıq imtahan sessiyaları başa çatmaq üzrədir. Məlumatlara görə rektorun qeyri rəsmi göstərişlərinə əsasən Akademiyada imtahan zamanı fiziki cəhətdən güclü idmançılar digər fənnlərlə sınağa çəkilir,amma digər fənnlərdən yüksək bal toplayanlar isə, qabiliyyət imtahanlarında sınağa çəkilirlər ki, bu da ikitərəfli qazanc deməkdır. Məlumatlara görə Akademiyanın qiyabi şöbəsində təhsil alanlar üçün heç bir güzəşt olunmur. Biz hələ yeni tədris ili üçün keçirilən qəvul imtahanlarını demirik. Məlumatlara görə Fuad Hacıyevin komandası iyul ayında keçiriləcək qabiliyyət imtahanlarına hazırlarlaşırlar. İmtahan verməyə yox, imtahan verənlərdən yığmağa. Bir sözlə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ətrafında kabuslar dolaşmaqdadır. Qədim ali təhsil ocağının uzun illərdir ki,ətrafında dolaşan bu kabus, Azərbaycan idmanını iflic vəziyyətə salmağa köklənib.
Bəs görəsən Azad Rəhimovun mühəndis, gömrükçü, politoloq kadrı təyin olunduğu gündən üzü bu yana idman Akademiyasına nə kimi yeniliklər gətirib? Biz bir mətbuat orqanı olaraq bu suala cavabı şəxsən Gənclər və İdman naziri Azad Rəhimovun dilindən eşitmək istərdik.
Aktualinfo.org