Tanınmış aktyor Rauf Şahsuvarov işsizlikdən gileylənib.
Aktyor "Ölkə.Az"-ın əməkdaşı ilə söhbətində bildirib ki, bir neçə ildir teatrdan uzaq düşüb. Şahsuvarovun sözlərinə görə, yalnız ara-sıra seriallara çəkilir və tikintidə çalışır. Aktyor saytımız vasitəsilə Mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət edib:
"Cənab nazir, mən vaxta qədər alçıpan vurmalıyam?
Başa düşürəm, bir dəfə səhvə yol vermişəm və işimdən, teatrdan uzaqlaşdırılmışam. Amma yenidən sevdiyim peşəmlə məşğul olmaq istəyirəm.
Qeyd edək ki, Rauf Şahsuvarov AXC-nin Xalq maarifi və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarovun nəvəsidir.
O, bir neçə il Şuşa Dövlət Musiqili Dram Teatrında işləyib.