Axtarış...

Tənqid olunan şeir dərsliyə salınıb? - Nazirlik

Tənqid olunan şeir dərsliyə salınıb? - NazirlikNağıl yazarı Gülzar İbrahimovanın müəllifi olduğu “Mənim ağıllı balam” şeirinin məktəbli vəsaitində yer alması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. İstifadəçilər sözügedən şeirin bədii cəhətdən zəif olduğunu, heca vəzninin qaydalarına riayət edilmədiyini və bunun dərsliyə salınmasının düzgün olmadığını deyiblər.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Kult.az-a bildirilib ki, nazirliyin ümumtəhsil məktəblərinə payladığı dərsliklərdə belə bir şeir yoxdur:

“Bu şeir məktəb dərsliklərində yer almayıb”.

Şeirin müəllifi Gülzar İbrahimova saytımıza açıqlamasından deyib ki, “Mənim ağıllı balam” şeirini paylaşan və tənqid edən şəxslər onun fəaliyyətinə qara yaxmağa çalışanlardır:

“Hər bir şairin, yazıçının hansısa əsəri zəif ola bilər. Mən o şeiri 15 il əvvəl yazmışam. İndi onu paylaşanlar mənim yaradıcılığıma kölgə salmaq istəyənlərdir. Həmin şeirim heç bir dərslikdə dərc olunmayıb. Mənim cəmi bir dəfə hekayəm dərsliklərdə çap olunub. O da Xocalıya aid hekayə idi. Ola bilər ki, kimsə bu şeirimi bəyənib, hansısa kitabda dərc etdirib”.

Sözügedən şeiri təqdim edirik:

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz