Axtarış...

Azərbaycan tarix dəsrsliyində “Böyük Ermənistan” xəritəsi... - “Bu, nəşriyyatın təxribatıdır”

Azərbaycan tarix dəsrsliyində “Böyük Ermənistan” xəritəsi... - “Bu, nəşriyyatın təxribatıdır”

Sosial şəbəkələrdə yayılan informasiyaya görə, 10-cu siniflər üçün tarix dərsliyində Azərbaycan və Türkiyə torpaqlarının yerində dənizdən-dənizə "Böyük Ermənistan” dövlətini təsvir edən xəritə verilib.

Məlumata görə, Təhsil Nazirliyi heç nə olmamış kimi, bu biabırçı olayı “texniki səhv” adlandırıb. Nazirlik bununla da özünü sığortalamağa çalışıb.
Xatırladaq ki, bu Azərbaycan orta məktəbləri üçün hazırlanan tarix dərsliyində üçüncü belə bıabırçı faktdır. Bundan əvvəl aşağı sinif tarix kitabının üz vərəqində Ermənistan xəritəsi əks olunmuş, başqa bir kitabda isə bu xəritə yazının içərisinə salınmışdı. Bu baxımdan, sosial şəbəkələrdə tarix dərsliyində baş verən bu biabırçılığın təxribat olduğu istisna olunmur.

“Belə bir xəritələrin bizim dərsliklərdə yerləşməsinə kim rəvac verir və məqsədi nədir?”

10-cu siniflər üçün tarix dərsliyində Azərbaycan və Türkiyə torpaqlarının yerində dənizdən-dənizə "Böyük Ermənistan” dövlətini təsvir edən xəritənin verilməsini eşidən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü “Hürriyyət”ə mat qaldığını dedi: “Əgər belə bir xəritə yerləşdirilbsə, bu, təxribatdır. Bu xəritə nəyə görə yerləşdirilib, onun cavabını müəlliflərdən alsanız, çox məmnun olardım. Bir vətəndaş kimi mən bunu təxribat adlandırıram. Burada siyasi məqsədlər güdülür. Olmayan bir dövlətin xəritəsinin orta məktəb kitablarında işğalçı bir dövlətin adı ilə veriməsini mən yolverilməz hesab edirəm. Çox rica edirəm, bunun araşdırasınız. Bilmək lazımdır ki, belə bir xəritələrin bizim dərsliklərdə yerləşməsinə kim rəvac verir və məqsədi nədir? Şagirdlərimizin belə bir dərslikdən istifadə etməsi onlarda dediyim sualların doğmasına, eyni zamanda gələcəyə olan ümidlərinin öldürülməsinə səbəb olur. Onların həqiqətən də belə bir dövlətin qurulması istiqamətində işlərin aparılması təsəvvürlərində yaranır. Ona görə, həm əxlaqi, həm elmi, həm də mənəvi cəhətdən olmayan bir dövlətin xəritəsinin bizim tarix kitabında verilməsini yolverilməz hesab edirəm. Bir vətəndaş kimi çox rica edirəm, bunu araşdırın. Bu məsələdə müəlliflərin, Təhsil Nazirliyinin, nəşriyyatın məsuliyyəti var. Nəşriyyatın məsuliyyəti ilə Təhsil Nazirliyinin, müəlliflərin məsuliyəti yarı-yarıyadır. Nədən belə səhvlərə, yanlışlıqlara, təxribatlara yol verirlər? Cəmiyyət qarşısında cavab versinlər”.

“Tarix dərsliyində “Böyük Ermənistan” xəritəsinin verilməsində kimlər maraqlı ola bilər” sualına M. Mürşüdlü belə cavab verdi: “Mən o xəritəni görməmişəm və bilmirəm o xəritənin altında hansı mətn gedir. Düşünürəm, bəlkə erməniləri tənqidi mahiyyətdə verilmiş bir xəritədir. Xəritənin şərhi necədir, bilmirəm. Bəlkə müəlliflər bu istiqamətdə nəsə vermək istəyiblər. Ola bilər ermənilərin iç üzünü, mahiyyətini, işğalçlıq niyyətlərini, Türkiyənin və bizim ərazilərə iddiasını demək istəyiblər ki, bunlar belə bir dövlət yaratmaq istəyirlər. Əgər bu mətləblə veriblərsə, yenə də bu xəritənin veriməsini düzgün hesab etmirəm”.

“Təhsil Nazirliyində olan metodiki şuralar o kitabda gedən məzmuna cavabdehdilər”

M.Mürşüdülü vurğuladı ki, hazırda dərsliklərin hazırlanmasında Təhsil Nazirliyi bir sifarişçi rolunu oynayır: “Amma burada əsas iş mətbəələrin üzərinə düşür. Sözsüz ki, Təhsil Nazirliyində olan metodiki şuralar o kitabda gedən məzmuna cavabdehdilər, hansı xəritələr, məzmunlar yerləşdirilir, ona məsuliyyət daşıyırlar. Düşünmürəm ki, Təhsil Nazirliyinin metodşurası belə bir xəritəni təsdiq etsin, ki, bu, bizim dərliklərdə yer alsın. Çünki orada tanıdığım vicdanlı insanlar var. Düşünürəm ki, bu, olsa-olsa nəşriyyatın nəşr etdiyi bir təxribatdır. Mən o kitaba baxacam. Görüm, orada nə yerləşdiriblər, mən ictimaiyyətçi kimi bu məsələni bir daha qabardacam”.
Hurriyyet.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz