Axtarış...

"Facebook"da 10 il fərqi olan foto paylaşanlar diqqətli olun: Sizi sürpriz gözləyir

"Facebook"da 10 il fərqi olan foto paylaşanlar diqqətli olun: Sizi sürpriz gözləyir

"Bu cür məsələlərdən müxtəlif şirkətlərin və biznes qurumlarının faydalandığı iddia edilir. İstisna etmək olmaz. Bu məsələdə birmənalı fikir yürütmək çətindir. İnternetdə, sosial şəbəkələrdə bu tip şeylər tez-tez olur. Yəni istifadəçinin müəyyən fərdi məlumatlarını, koordinatlarını, biometrik məlumatlarını yaxşı və ya məkrli niyyətlə ələ keçirmək, onlardan istifadə etmək istəyənlər həmişə olub. Bu da ondan birisidir". Bunu Sonxeber.az-a Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Facebook" sosial şəbəkəsində "10 years challenge" fləşmobunun istifadəçilərin fərdi məlumatlarını toplamaq məqsədilə aparılması fikrinə münasibət bildirərkən deyib.

O. Gündüz bu cür fləşmobların istifadəçilər üçün gələcəkdə problemlərə yol açmaması məqsədilə onlara tövsiyyə verib: "İstifadəçilərə tövsiyyə edilə bilər ki, zərurət olmadan bu tip məsələlərdə iştirak etməsinlər, çünki gələcəkdə hansısa sürprizlə qarşılaşa bilərlər. Yəni kimlərsə bundan sui-istifadə edə bilər. Süni intellekt deyilən bir şey var. Yəni haradasa nə haqdasa etdiyiniz söhbət "Facebook" sosial şəbəkəsində qarşınıza çıxır. Bunların hamısı süni intellektə bağlı məsələlərdir".

Onun sözlərinə görə, istifadəçilər özlərinin təhlükəsizliyi üçün, gələcəkdə onlara problem yarada biləcək məsələlər üçün ehtiyatlı olmalıdırlar: " Bu, açıq şəbəkədir. Vətəndaş bilməlidir ki, hansısa məlumatı, şəkli paylaşanda artıq bu, hamının, o cümlədən biznes qurumlarının olur. İstifadəçi problem yarada biləcək paylaşımlardan çəkinməlidir. Əksini düşünürsə, fərdi məlumatlarını açıqlaya bilər. Fərdi məlumatlar gələcəkdə hansısa xidmət və ya informasiya almaqda kömək edə bilər".

Məftun Salmanov
Text-to-Speech

DİNLƏ






Şərh yaz