Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında uşaq yazıçısı, publisist Gülzar İbrahimova ilə görüş keçirilib.
İlk öncə tədbir iştirakçıları kitabxanada təşkil edilən uşaq ədəbiyyatı sərgisinə baxış keçirib.
Sonra tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı açaraq G.İbrahimovanın həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Gülzar İbrahimovanın çağdaş ədəbiyyatımızda özünəməxsus yeri var. O, istedadlı bir nasir kimi, uşaq ədəbiyyatı aləmində"Gülzar nənə" təxəllüsü ilə tanınır.
Görüş zamanı Gülzar nənə iştirakçılara öz şeirlərini səsləndirib, oxucuların fəal iştirakı ilə maraqlı interaktiv, əyləncəli oyunlar keçirib.
Tədbirdə Ayxan Qafarlının , Firuzə Zeynalovanın, Ziya Nəzirlinin və Aqil Əmirlinin söylədiyi şeirlər tədbiri daha da rəngarəng edib.
Sonda Gülzar İbrahimova təbir iştirakçılarına müəllifi olduğu "Ciddi ol!" yumorlar kitabını və "Sehirli dünya" jurnalının sonuncu nömrəsini hədiyyə edib.