Qazaxıstanın "Kaspi.kz" üç elan saytı alaraq Azərbaycan bazarına çıxıb.
Dia.az xəbər verir ki, bu barədə müsahibəsində Kaspi.kz” İdarə Heyətinin sədri Mixail Lomtadze deyib.
“Biz artıq Azərbaycan bazarına çıxmışıq. Orada avtomobil, daşınmaz əmlak və ümumi yeni və işlənmiş malların satışı üçün ən böyük platformaya sahibik: Turbo.az (avtomobil bazarı), Tap.az (yeni və işlənmiş mal bazarı) və Bina.az (daşınmaz əmlak bazarı). İndi deyə bilərik ki, “Kaspi.kz” innovasiyalarının Azərbaycana ixracına başlamışıq", - deyə M.Lomtadze bildirib.
Onun sözlərinə görə, “Kaspi.kz” ortamüddətli perspektivdə Mərkəzi Asiyada və Qafqazda biznesini daha da inkişaf etdirməyi planlaşdırır.
“Orta Asiya və Qafqaz 85 milyon nəfəri əhatə edir. Ətrafımızdakı bütün bazarları maraqla müşahidə edir və həm bu bazarların cəlbediciliyi, həm də inkişaf tempi üzrə bir sıra amillərin üst-üstə düşməsini gözləyirik. Əsas lokomotivimiz mobil tətbiqdir, müvafiq olaraq biz texnoloji cəhətdən də inkişaf etməyi planlaşdırırıq və infrastrukturun məqbul vəziyyətdə olması bizim üçün vacibdir. Qazaxıstan bazarı 18,5 milyon nəfəri, Azərbaycan bazarı isə 10 milyon nəfəri əhatə editr. Vaxtı çatanda digər bazarlara da çıxacağıq”, - deyə sədr qeyd edib.
2018-ci ildə “Kaspi.kz” 40,9% payla Qazaxıstanın e-commerce bazarında ən iri oyunçu olub.
İnterfaks