Bu günlərdə vəzifədən uzaqlaşdırılan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ailəsinə məxsus “Kaspi” International School -un satışa çıxarılıb.
Bizimxeber.az-a daxil olan məlumata görə, bu ilin sentyabr ayında açılışı olan 4 mərtəbəli əzəmətli bina Kaspi Liseylər Şəbəkəsinin beynəlxalq məktəbi sayılır.
Xətai metrosu yaxınlığında yerləşən bu binanın tikintisinə külli miqdarda pul xərclənib. “Kaspi” International School-da bir uşağın təhsil qiyməti aylıq 650 manat təşkil edir.
4 mərtəbəli yeni istifadəyə verilmiş bu binaya 4 milyon manat satış qiyməti təyin edilib.
Məlumat üçün bildirək ki, “Kaspi” International School-un tikintisinə Əli Həsənov şəxsən nəzarət edib.
Bizimxeber.az