Axtarış...

Əbülfəz Məlikovla bağlı daha bir iddia... - Batumda tez-tez görünür...

Əbülfəz Məlikovla bağlı daha bir iddia... - Batumda tez-tez görünür...

Keçmiş broker, hələ də gömrükdə monopolistliyini qoruyan Əbülfəz Məlikovla bağlı ilginc iddianın yer aldığı məlumat yayılıb. Belə ki, DİA.AZ-a verilən xəbərə görə, olduqca əyləncəli həyat keçirməyə maraqlı olan Əbülfəz Məlikov tez-tez xarici ölkələrə səfər edir ki, bu əsnada Gürcüstan gəintiləri daha intensiv olur.

Mənbənin dia.az-a söylədikləri:

"Əbülfəz Məlikov Batumda daha çox görünür ki, bu da təsadüfi deyil. Ümumiyyətlə, Batum təkcə Əbülfəz Məlikov üçün deyil, bir çox zəngi azərbaycanlılar üçün maraqlı ünvandır".

Mənbə iddia edir ki, Əbülfəz Məlikov Batumda daha çox kazinoları ziyarət edir və bu günlərdə də belə bir ziyarəti olub. Dia.az-a deyilənlər:

"Son kazino ziyarəti zamanı keçmiş brokerimiz 100 min ABŞ dolları qədərində itkiyə uğryaıb".

Mənbə iddia edir ki, azart oyunlara maraqlı olan Əbülfəz Məlikov Azərbaycanda da oxşar şəkildə vaxtını keçirməyi sevir ki, bu səbəbdən də qapalı məkanlara tez-tez baş çəkir.

Qeyd edək ki, hələ mərhum ulu öndər Heydər Əliyevin vaxtlarından Azərbaycanda qumar oyunları rəsmən qadağan edilib və bu marağa meyilli olan əngin azərbaycanlıların xaricdə öz azartlarını təmin etdikləri deyilir.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Mənbə dia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz