Axtarış...

Ruslar pilotun axtarışına qoşulmayıb: - “Üzərini lil və qum qatı örtüb...”

Ruslar pilotun axtarışına qoşulmayıb: - “Üzərini lil və qum qatı örtüb...”
İyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) “MiQ-29” təyyarəsinin pilotunun axtarışları davam etdirilir.

Hərbi təlim zamanı yoxa çıxmış “MiQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin axtarışları hələ də nəticə verməyib.

Cebhe.info-ya açıqlama verən pilotun qayınatası Qabil Hüseynli deyib ki, təyyarədə pilot kabinəsindən tutmuş “qara qutu”nun yerləşdiyi hissəyə qədər hər şey parçalanıb. “Təyyarə parça-parça olub. Ona görə də çıxarılan şeylər haqqında onun hissələri kimi danışmaq lazımdır. Təyyarənin parçaları 1 km radius məsafəyə səpələnib. İndi onların üzərini də lil və qum qatı örtüb. Dalğıclar qum və lili təmizləyə-təmizləyə bəzi əşyaları çıxarırlar. Lazımlı əşyalar olan pilotun kabinəsi və “qara qutu”nun axtarışlarını apara biləcək hissələri çıxarırlar. Amma hələ nə pilotdan, nə də “qara qutu”dan xəbər var. Axtarışlar davam etdirilir”.

Xatırladaq ki, avqustun 10-da axtarışlara Rusiya Hərbi Dəniz Donanmasının xilasedicilərinin də qoşulacağı bildirilmişdi. Q.Hüseynli Rusiya tərəfinin axtarışlara qoşulmadığını bildirib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz