Yanvar-fevral aylarında sənaye məhsulunun 22,7 faizi emal sektorunda istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,0 dəfə, mebel istehsalı 85,5 faiz, maşın və avadanlıqların istehsalı 80,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 64,0 faiz, içkilərin istehsalı 63,4 faiz, kağız və karton istehsalı 50,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 49,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 33,2 faiz, əczaçılıq məhsullarının istehsalı 26,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 25,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 18,2 faiz artıb, poliqrafiya məhsullarının istehsalı 15,7 faiz, geyim istehsalı 27,1 faiz, tütün məmulatlarının istehsalı 32,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 39,8 faiz azalıb.