"Azərbaycan FETÖ terror təşkilatı ilə mübarizə məsələsində Türkiyə ilə tam əməkdaşlıq içindədir”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.
Anadlou Agentliyinə açıqlama verən səfir bildirib ki, Türkiyə-Azərbaycan arasındakı "bir millət, iki dövlət” siyasəti FETÖ ilə mübarizədə də keçərlidir:
"Azərbaycan FETÖ-nün Türkiyə xaricində kök salmağa başladığı ilk ölkə olub. FETÖ xaricdə ilk məktəbini burada açıb. 2015-ci ilə qədər Azərbaycanda FETÖ-nün 14 liseyi və 1 universiteti fəaliyyət göstərib. Lakin 2015-ci ildən sonra Azərbaycan hökuməti təşkilatla mübarizə məsələsində addımlar atmağa başladı. 15 iyul dövlət çevrilişinə cəhddən sonra isə FETÖ-nün heç bir məktəbi qalmadı. FETÖ-nün Türkiyə dövlətinə olan təhdidini Azərbaycan hökuməti öz dövlətinə olan təhdid kimi görür. Hazırda Azərbaycanda FETÖ-nün ciddi varlığından söhbət gedə bilməz”.