Axtarış...

Ankara-Vaşinqton qarşıdurmasında ilk müsbət dinamika

Ankara-Vaşinqton qarşıdurmasında ilk müsbət dinamika
ABŞ və Türkiyə arasında münasibətləri gərginləşdirən rahib Endryu Bransonun vəkili açıqlama verib.

Millitv.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, vəkil İsmail Cem Halavurtun sözlərinə görə, Bransonun səyahət qadağasının götürülməsi və ev həbsindən azad buraxılması üçün yenidən məhkəməyə müraciət edilib.

Xatırladaq ki, amerikalı rahib Endryu Branson "terror təşkilatları PKK və FETO üçün ilə cinayət törətmək və dövlətin təhlükəsizliyi baxımından gizli qalması tələb edilən məlumatları siyasi və hərbi cəsusluq məqsədilə ilə öyrənmək" ittihamı ilə 35 ilə qədər azadlıqdan məhrum edilməsi tələbi ilə həbs edilib və sağlamlıq problemlərinə görə həbsxanadan çıxarılaraq ev həbsinə alınıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz