Axtarış...

Tarixi əməliyyat: 271 milyon saxta dollar ələ keçirildi

stanbulun Əsənyurd rayonunda mətbələrdən birinə basqın zamanı 271 milyon 150 min saxta dollar ələ keçirilib.

millitv.az azvision-a istinadən xəbər verir ki, bununla da 100 dollarlıq banknotların Qurban bayramı öncəsi dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Faktla bağlı daha əvvəl FETÖ ilə əlaqədar polis orqanlarından xaric edilən B.Ç adlı rəisin də olduğu 5 nəfər saxlanılıb. 2 nəfər fərarinin həbsi istiqamətində tədbirlər görülür. Bundan başqa dövriyyəyə buraxılacaq əskinasların FETÖ ilə əlaqəsi olub-olmadığı araşdırılır.

Qeyd edək ki, bu son illərin ən böyük miqdarda saxta pulun ələ keçirildiyi əməliyyat olub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz