Axtarış...

Mustafa Şentop Bakıda yeniavaz.com-un bağlanılmasına işarə vurdu - FETO ilə əlaqəsi var imiş

Mustafa Şentop Bakıda yeniavaz.com-un bağlanılmasına işarə vurdu - FETO ilə əlaqəsi var imiş


Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşüb.

AzNews.az xəbər verir ki, o, Azərbaycanın FETO ilə mübarizə mövzusunda gördüyü tədbirləri təqdir etdiklərini deyib.

Heyətlər arası görüşlər keçirən Şentop seçildikdən sonra ilk səfərini Azərbaycana etdiyini, bunun iki ölkə arasındakı çox gözəl siyasi adət olduğunu bildirib.

Şentop FETO ilə mübarizə mövzusunda da danışıb:

“Gördüyünüz tədbirləri çox təqdir edirik. FETO-nun bəzi yayım orqanlarının qara təxribatının davam etdiyini təəssüflə qeyd edirik. Xüsusilə, yeniavaz.com-un bu istiqamətdəki işlərinə görə təəssüflənirik. Bu saytın bağlanılmasına ümid edirik. Ölkələrimiz arasındakı dostluğa yaraşan şəkildə FETO ilə mübarizəmiz davam edir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz