Axtarış...

Elnur Aslanov yenidən meydana atılır... - İDDİA

Elnur Aslanov yenidən meydana atılır... - İDDİA

Elnur Aslanov yenidən diqqət mərkəzindədir.

Türkiyə mətbuatında FETÖ-nun Azərbaycanda yenudən fəallaşdığı və Elnur Aslanovun nazir olmaq istəyi barədə iddialar ortaya atılıb.

Məlumata görə, FETÖ yenidən Azərbaycanda fəallaşmağa başlayıb. Keçən il ölkədə edilən kadr islahatlarından sonra 2014-cü ildən bəri səssizliyə qərq olan FETÖ üzvləri son zamanlar aktivləşiblər.

Belə ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanov parlament seçkilərində Milli Məclisə bir neçə adamını keçirə bilib. Elnur Aslanov bu uğurundan sonra indi özünü nazir görmək istəyir.

FETÖ məktəbinin məzunu olan, keçmiş millət vəkili Ceyhun Osmanlını "Yaşıllar" hərəkatı quraraq siyasətə qaytaran Elnur Aslanov dövlətdə yüksək post tutmaq iniyyətindədir. İqtidarda yeni olan bəzi vəzifəlilər Türkiyə-Azərbaycan münasibətlərinin həssaslığının fərqinə varmadan, Ceyhun Osmanlıya yaşıl işıq yandırırlar.

Məlumatda deyilir ki, Elnur Aslanov, Ceyhun Osmanlı və Fərhad Məmmədov tez-tez görüşürək 2014-cü ilin revanşını almaq üçün planlar qururlar.

Elnur Aslanovun 2014-cü ildə Fətullah Gülənə yazdığı və vəzifəsindən azad edilməsinə səbəb olan məktubu:

"Hazırda dövlətin ən yüksək qurumu olan Administrasiyada çox vacib bir vəzifəni icra edirəm.

Bilməyinizi və əmin olmağınızı istəyirəm ki, Allahın köməksiz qulu, bəndəniz həyatını sizin hərəkatınıza fəda edib. Yolumuza könül qoyan dostlarımızın dövlət qurumlarında vəzifə almaları üçün əlimdən gələni edirəm. Bundan sonra da onlara kömək edəcəm. Türkiyədəki uğurlarımız Azərbaycandakı sizin yolunuzu gedən dostlarımızı daha da həvəsləndirib. Onlar həvəslə işləyirlər. İnanıram ki, sayənizdə fəaliyyətmizi və ətrafımızı daha da genişləndirə biləcəyik"

Bu məktub üzə çıxandan sonra Elnur Aslanovun Administrasiyadakı vəzifəsinə son verildi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsin təyin edildi. Bu vəzifə təbii ki, onun "vurulması" demək idi. Elnur Aslanov 2016-cı ildə nazirlikdə tutduğu postdan azad edildi. O, bundan sonra FETÖ-nün ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Ukraynadakı biznesini idarə etməyə başladı.

Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəhbəri Əli Həsənovun vəzifəsindən azad edildiyindən sonra, Elnur Aslanov Yeni Azərbaycan Partiyasının (YAP) iclaslarına qatılmağa başladı və parlament seçkilərində Milli Məclisə adamlarını keçirərək uğur əldə edə bildi.

Elnur Aslanov artıq nazir postuna iddialıdır və yenidən gənclərlə işləmək arzusundadır. Gənclər üzərində nəzarəti ələ almaq istəyən Elnur Aslanov ölkədə siyasi gücə çevrilmək istəyir. //teref.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz