Axtarış...

Gömrüyün dana monopilisti meydan sulayır... - Özbaşınalıq

Gömrüyün dana monopilisti meydan sulayır... - Özbaşınalıq

Azərbaycan iqtisadiyyatında ən ciddi problem inhisarçılıqdır. Bu barədə nəinki müstəqil ekspertlər, millət vəkilləri, hətta ölkə başçısı İlham Əliyev cənabları dəfələrlə açıqlama verib və problemin aradan qaldırılması üçün ortaya konkret mövqe qoyub.

Bütün bunları nəzərə alan NUH.az saytı ölkədəki monopoliya ilə bağlı 30 iyun 2019-cu il tarixdə "Teyyub Hüseynovun dana monopoliyası" başlıqlı araşdırma yazısı dərc edib. Məlumdur ki, bəzi işbazlar imkan vermir ki, müstəqil ölkəmizdə sözün həqiqi mənasında sağlam rəqabət mühiti olsun, azad bazar formalaşsın, inhisarçılıq aradan qalxsın, qiymətlər süni yolla şişirdilməsin, bazarda qiymətlər od tutub yanmasın və nəticədə kasıb təbəqənin də yaşamaq imkanı olsun. Və sonda cəmiyyət iqtidardan narazı qalmasın. Təəssüf ki, bəzi monopolistlər ölkə başçısının yürütdüyü siyasi-iqtisadi siyasətə məhəl qoymayaraq öz köhnə zərərli vərdişlərini hələ də davam etdirirlər.

Ötən yazımızda qeyd etdiyimiz kimi belə monopolistlərdən biri də Tovuz rayonunun Əlimərdanlı kəndindən anadan olan, Rusiyda "Timur", Azərbaycanda "Peykan" ləqəbi ilə tanınan Hüseynov Teyyub Məhəmməd oğludur.

Qısa xatırlatma üçün bildirək ki, Teyyub Hüseynov Ukrayna Respublikasında "Brodi MİT EKSPORT" şirkətini yaradaraq ( direktor Teyyubun adamı Pərvizdir) Azərbaycana ixrac olunan diri mal-qara biznesini öz monopoliyasına alıb. Daha dəqiq desək, Rusiya - Ukrayna arasındakı siyasi gərginlik səbəbindən və ikitərəfli sanksiyaların tətbiqindən, tranzit qadağasından istifadə edən Teyyub Hüseynov Ukraynadan Azərbaycana ixrac olunan diri mal-qaranın monopoliyasını öz əlinə keçirib və qeyri-leqal yolla Ukraynadan mal-qaranın Rusiya vasitəsilə Azərbaycana ixracına tam nəzarət edir. Hər birinin orta çəkisi 300-400 kq olan 80 baş diri heyvanın olduğu bir maşın üçün sahibindən 7500 dollar alan Teyyub malın Azərbaycana ixracına icazə verir. Hər ay bu yolla Ukraynadan Azərbaycana 50 maşın mal-qara gəlir. Peykan hər maşında 7500 dollar alır, bu isə ayda 7500 * 50 = 375000 dollar deməkdir. Hər maşının xərci 2000 dollardır. Deməli Peykanın xalis gəliri hər ay 275000 dollardır. Bir ildə 275000 * 12 = 3 milyon 300 min dollar. Bir maşın yükün Azərbaycana çatdırılma xərci 6000 dollardır. Bu xərci "Peymanın rüsumu"na əlavə etdikdə belə rəqəm alınır: 7500 + 6000 = 13500 dollar.Dövlət Gömrük Komitəsi isə diri maln hər kiloqramına görə, 55 qəpik rüsum alır. Yazdıqlarımıza şübhə edənlər gömrüyün rəsmi statistikasını qaldırıb "BRODİ MİT EKSPORT" şirkətinin son illər Azərbaycana nə qədər məhsul göndərdiyini öz gözləri ilə görə bilərlər. Ötən yazımızda onu da qeyd etmişdik ki, diri mal-qaranın ixracı ilə bağlı Brodi şirkəti ilə Azərbaycanda fəaliyyət göstərən RETRO Holding şirkəti arasında müqavilə var.

Məqalə NUH.az saytında dərc olunandan sonra özünü gah RETRO şirkətinin nümayəndəsi, gah da Teyyub Hüseynovun müdafiəçisi kimi təqdim edən Emin adlı şəxs saytın baş redaktoru Kamran Məhərrəmliyə müxtəlif mobil telefonlardan zəng edərək yazılanların həqiqətə uyğun olmadığını, Teyyub Hüseynovun vətənpərvər şəxs olduğunu, ölkədə monopoliya olmadığını bildirərək, görüşmək istədiyini bildirib.

Baş redaktor özünü Emin kimi təqdim edən şəxsə hörmət və etiramla bildirib ki, şirkətin mövqeyini, yaxud təkzib tələbinizi rəsmi olaraq NUH.az-ın elektron poçtuna göndərin dərc edək, bu "KİV haqqında Qanun"un tələbidir. Bütün bunlara baxmayaraq şirkətin nümayəndəsi təkidlə görüşməyi tələb edib və əks təqdirdə saytın sifarişlə yazdığını, guya gizli danışıqlarımızı aşkar edəcəyini və bizi reket saytlar siyahısına saldıracağı ilə bağlı hədə-qorxu gəlib. Bir daha yazıda adı keçən şirkətin rəsmi şəxslərinə çatdırırıq ki, öz rəsmi mövqelərini bildirsinlər. Qarşı tərəfin şifahi iradına cavab olaraq bildiririk ki, Teyyub Hüseynovun Ukraynada daha bir şirkəti fəaliyyət göstərir: "Kompaniya MİT Treyd" ( Kompaniya MEAT TRADE). Yazdıqlarımızın həqiqətə uyğun olmadığını bildirən qarşı tərəfin nəzərinə çatdırırıq ki, Teyyub Hüseynov 2018-ci ilin may ayınadək Azərbaycanda "MEAT PRODUCTS" şirkətinə də diri mal-qara ixrac edib.

Teyyub Hüseynovun dana monopoliyası ilə bağlı araşdırmamız davam edir




Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz