Azərbaycan prezidenti son dövrlərdə atdığı addımlarla xaricdən dəstək alıb ölkədaxilində sabitliyi pozmaq istəyən anti-Azərbaycan qüvvələrin çirkin planlarını alt-üst etdi.
Bunu “Ölkə.Az”a açıqlamasında milət vəkili İqbal Məmmədov deyib.
Onun sözlərinə görə, İlham Əliyev 2003-cü ildə Azərbaycan prezidenti seçilərkən söylədiyi “mən hər bir azərbaycanlının prezidenti olacağam” şüarına sadıq qalaraq ölkə vətəndaşının sosial-iqtisadi vəziyyətinin, social müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması istiqamətində siyasətini həyata keçirməkdədir:
“2018-ci ildən etibarən isə bu sahədə aktivlik müşahidə olunur. Bununla da Azərbaycan prezidenti 2018-ci ildə prezident seçkiləri öncə verdiyi vədlərə real olaraq əməl etməklə, bir daha hər bir azərbaycanlının prezidenti və onun yanında olduğunu bariz formada göstərir.Onun bütün problemlərinə həssaslıqla yanaşdığını və bur problemləri həll etmək üçün ciddi proqrama sahib olduğunu real şəkildə ortaya qoyur. Siz təsəvvür edin, Azərbaycan prezidentinin son bir neçə ayda sosial sahədə atddığı addımlardan ölkə əhalininin 3 milyonuna yaxını faydalanacaq. Yəni, verilən bu qərarlar təkcə ölkə əhalisinin aztəminatlı və həssas təbəqsinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı deyil. Belə ki, əhalinin ən müxtəlif sosial qruplarının mövcud problemlərinin aradan qaldırılması istiqamətində dövlətin həssaslıq nümayiş etdirməsi göz önündədir. Bütün qeyd etdiklərimiz sübut edir ki, ölkə başçısı tərəfindən Azərbaycanda 2025-ci ilədək müasir dövrün ən effektiv sosial dövlətinin qurulması istiqamətində atılan addımlardır. Bu plandan xəbərdar olan Azərbaycanı sevəməyən qüvvələr tərəfindən ölkədə hərc-mərclik yaratmaq istiqamətində cəhdlər oldu. Ölkə başçısına və onun ailəsinə qarşı şər-böhtan, təhqir kampaniyasına başladıldı. İstədilər ki, bu yolla Azərbaycanı bu yoldan döndərsinlər. Onlar yaxşı anlayırdılar ki, bu siyasət məhz ölkə başçısı İlham Əliyevin siyasi iradəsi hesabına həyata keçirilir. Ancaq bu qüvvələr onu da unudurdular ki, Azərbaycan prezidenti ilə bu metodla mübarizə aparıb, onu tutduğu yoldan döndərmək mümkün deyil”.
İ.Məmmədov onu da əlavə edib ki, hətta ölkə başçısının həyata keçirdiyi kompleks siyasəti öz adların çıxmaq istəyən qüvvələr də peyda oldu:
“Lakin Azərbaycan prezidenti sosial sahədə kompleks tədbirlər planını açıqlamaqla bir daha sübut etdi ki, bir mitinqlə və yaxud bir gündə bu qədər məsələni hazırlayıb həyata keçirmək qeyri-mümkündür. Bu uzun zaman tələb edən məsələdir və hələ biz bu istiqamətdə atılacaq daha böyük işlərin şahidi olacağıq. Bununla ölkə başçısı bir daha konkret hərəkətləri ilə xalqın yanında olduğunu sübit etməklə, onların nə qədər cılız, yalançı, boşboğaz olduqlarını ortaya qoyaraq, planlarını alt-üst etmiş oldu. Bu boşboğaz qüvvələr isə ölkə başçısının həyata keçirdiyi bu siyasətin məyusluq şokunu yaşamaqdadırlar”.