Axtarış...

İyunda Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb



Bu ilin iyun ayı ərzində Naxçıvan Muxtar Respublikası üzrə verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumatlar açıqlanıb.

“Report”un məlumatına görə, ötən ay Muxtar Respublikasına verilən təbii qazın ümumi həcmi 9 030 783 kubmetr təşkil edib. İyun ayı üzrə verilən təbii qazın ümumi dəyəri 1 293 526 manat, daxil olan vəsaitin həcmi isə 1 464 310 manat təşkil edib. Muxtar Respublikada təbii qazın istifadəsinə görə ödənilmə faizi 113,2 olub.

Belə ki, Naxçıvan şəhərində verilən təbii qazın ümumi həcmi 1 218 034 kubmetr, verilən təbii qazın ümumi dəyəri 121 803 manat, daxil olan vəsaitin həcmi 121 924 manat, təbii qazın istifadəsinə görə yığımı isə 100,1% icra edilib.

Şahbuz rayonunda verilən təbii qazın ümumi həcmi 262 221 kubmetr, verilən təbii qazın ümumi dəyəri 26 221 manat, daxil olan vəsaitin həcmi isə 26 231 manat təşkil edib. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı isə 100% icra edilib.

Culfa rayonunda verilən təbii qazın ümumi həcmi 380 730 kubmetr, verilən təbii qazın ümumi dəyəri 38 071 manat, daxil olan vəsaitin həcmi isə 31 168 manat olub. Culfada təbii qazın istifadəsinə görə yığımı isə 100% icra edilib.

Ordubad rayonunda verilən təbii qazın ümumi həcmi 395 720 kubmetr, verilən təbii qazın ümumi dəyəri 39 572 manat, daxil olan vəsaitin həcmi isə 39 584 manat olub. Ordubadda təbii qazın istifadəsinə görə yığımı isə 100% icra edilib.

Şərur rayonunda verilən təbii qazın ümumi həcmi 768 705 kubmetr, verilən təbii qazın ümumi dəyəri 76 871 manat, daxil olan vəsaitin həcmi 76 919 manat təşkil edib. Şərurda təbii qazın istifadəsinə görə yığımı isə 100,1% icra edilib.

Ötən ay Sədərək rayonunda verilən təbii qazın ümumi həcmi 91 255 kubmetr olub. Bu rayonda verilən təbii qazın ümumi dəyəri 9 126 manat, daxil olan vəsaitin həcmi 9 127 manat olub. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı 100% olub.

Kəngərli rayonunda verilən təbii qazın ümumi həcmi 263 822 kubmetr olub. Ötən ay bu rayonda verilən təbii qazın ümumi dəyəri 26 382manat, daxil olan vəsaitin həcmi 26 390 manat olub. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı 100% olub.

Iyunda Babək rayonu verilən təbii qazın ümumi həcmi 797 020 kubmetr təşkil edib. Babəkdə verilən təbii qazın ümumi dəyəri 79 702 manat, daxil olan vəsaitin həcmi 79 769 manat olub. Bu rayonda da təbii qazın istifadəsinə görə yığımı 100,1% olub.

Bu ilin iyun ayında muxtar respublikanın müəssisə və təşkilatlarınaverilən təbii qazın ümumi həcmi 4 853 286 kubmetr təşkil edib. Büdcə təşkilatlarına verilən təbii qazın ümumi dəyəri 875 776 manat, daxil olan vəsaitin həcmi 1 046 285 manat olub. Müəssisə və təşkilatlarının təbii qazın istifadəsinə görə yığımı 119,5% olub.
Text-to-Speech

DİNLƏ






Şərh yaz