Axtarış...

Kirayədə qalan şəxslərin DİQQƏTİNƏ! - Ekspertdən TƏKLİF

Kirayədə qalan şəxslərin DİQQƏTİNƏ! - Ekspertdən TƏKLİF

İpoteka və Kredit Zəmanət Fonduna yeni səlahiyyətlər verilib.

Bununla bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlama verib.

O, bildirib ki, Fondun yeni dəyişikliyə uyğun mənzil bazasının yaradılması və vətəndaşlara təqdim edilməsi məqsədəuyğun ola bilər:

“İpoteka və Kredit Zəmanət Fondunun kirayə evlə bağlı nəzərdə tutulan tələbləri demək olar ki, ipoteka ilə mənzil alan şəxslərə şamil olunan tələblərdir. Fondun tələbinə əsasən, vətəndaşın rəsmi iş yeri olmalıdır. Bu tələblər fonunda rəsmi iş yeri olan şəxs kirayə qalmaqdansa, güzəştli ipoteka krediti ilə mənzil ala bilər. Adətən, köhnə yaşayış binasında ipoteka krediti verilmirsə, deməli, binanın sökülmə ehtimalı var. Buna görə də yaxın 10 ildə binanın sökülmə ehtimalı varsa, həmin evlərə ipoteka krediti ayrılmır və sığorta şirkətləri də uzaq durur. Fond bu şərti kirayə evlərə də şamil edəcəksə, vətəndaşlara təqdim olunan kirayə evlərin qiyməti baha olacaq.



Rəsmi iş yeri olmayan şəxslərin yeni dəyişikliklərdən yararlanmasına şərait yaradılmalıdır.

Rəsmi iş yeri olmayan, kirayədə qalan vətəndaşlar ödənişlərini bank vasitəsilə həyata keçirməlidir. Bu, eyni zamanda, vergidənyayınma hallarının qarşısını alacaq. Vətəndaş Fondun təqdim etdiyi kirayə evdən istifadə etmək istəyirsə, ödənişlə bağlı qəbzlərini təqdim edə bilər. Ödənişlər vaxtında edilibsə, bu halda rəsmi iş yerinin olmasına ehtiyac qalmayacaq.

Hazırda İpoteka və Kredit Zəmanət Fondunun bazası yoxdur.

Fondun özünün mənzil bazası olmalıdır. Fond yeni binalar inşa etməli və bu binaları vətəndaşlara kirayə verməlidir. Avropa ölkələrində bələdiyyələr tərəfindən sosial kirayə evlər tikilir. Bu evlər sosial təminatı aşağı olan vətəndaşlara ucuz qiymətə kirayə verilir. Vətəndaş bu evdə istədiyi müddətə qədər qala bilər. Hətta sonradan o evi almasına icazə var. Ölkəmizdə də bu metoddan istifadə edilməlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanının icrasını təmin etmək məqsədilə bir sıra qanunverici aktlara dəyişiklik edib. Dəyişikliyə əsasən, kirayə müqaviləsinin bağlanılması üzrə İpoteka və Kredit Zəmanət Fonduna yeni səlahiyyətlər verilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz