Axtarış...

Kirayə yolla mənzil almaq istəyənlərlə bağlı MÜMÜHM AÇIQLAMA: - Bu il...

“Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanın imzalanmasından sonra ötən müddətdə nə işlər görülüb və hansı evlər kirayə olaraq təklif olunacaq?”

Publika.az xəbər verir ki, bu suala İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov cavab verib.

İqtisadçı ekspert bildirib ki, kirayə evlərə müraciətin nə zaman başlanacağı CESD-ə ən çox ünvanlanan suallardandır: “Prosesə məsul İpoteka və Kredit Zəmanət Fondu tərəfindən bu müddət ərzində, demək olar, heç bir rəsmi açıqlama yayılmadığından, sadəcə monitorinqlər nəticəsində prosesin hansı mərhələdə olduğunu müəyyənləşdirmək mümkündür. Digər tərəfdən, bu layihəyə ictimai tələbin və marağın yüksək olduğunu nəzərə aldıqda, fondun “susqunluğunu” anlamaq çətindir. Halbuki, fond mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmalı və görülən işlərlə bağlı mətbuatla müntəzəm əməkdaşlıq etməlidir.

İndiyədək bu layihə çərçivəsində hansı işlərin görüldüyünə gəldikdə isə qeyd etmək lazımdır ki, artıq müraciət mexanimzi hazırdır və müraciətin aktiv hala gətirilməsinə ehtiyac var. Belə ki, fondun təklif edəcəyi mənzillər ilə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması ilə həyata keçiriləcək. Burada da məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın zonalar və eləcə də mənzil parametrləri üzrə məlumatları axtarış sistemi vasitəsi ilə əldə etməsidir. Digər tərəfdən, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi üçün kalkulyatorun hazırlanması həyata keçirilir. Kirayə evlər üçün müraciət elektron olacaq və müraciətlərə növbəlik əsasında baxılacaq. Müraciət yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil, həmçinin, “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək. Vətəndaşlar, həmçinin, “ASAN xidmət” mərkəzləri vasitəsilə ilə də kirayə evlərə müraciət edə biləcəklər.

Vüqar Byaramov qeyd edir ki, digər tərəfdən, kirayə evlər üçün əsas maliyyə bazasının fondun yerləşdirdiyi istiqrazlardan əldə edilən gəlir olacağı gözlənilir: “ond 110 milyon manatlıq istiqraz yerləşdirməsi prosesinə başlayıb. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 25 iyun 2019-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 110 milyon manat, bir istiqrazın nominal dəyəri min manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir. Qeydiyyata almadan qısa müddət sonra fond istiqrazların yerləşdirilməsi barədə elanlar yerləşdirməyə başlayıb. 22 iyul, 19 avqust, 13 sentyabr tarixlərində belə elanlar fond tərəfindən yayımlanıb. Sonuncu dəfə, sentyabrın 13-də fond 30 milyon manatlıq istiqraz satıb. Deməli, fond maliyyə cəlb edir. Adi ipoteka kreditlərin verilməsinin, demək olar, dayandırıldığını nəzərə aslaq, fondun bu vəsaiti kirayə mənzillərin alışına yönəltdiyini güman etmək olar”.

İqtisadçı ekspert açıqlayıb ki, rəsmi açıqlamalar yayılmasa da, onlarda olan məlumata görə, fond birinci mərhələdə Sumqayıt, Bakıətrafı mənzillərin alınmasına üstünlük verir: “Xüsusən də Xırdalan, Masazır kimi şəhər ətrafı yerlərdə daha çox mənzil təklif edilməsi gözlənilir. Amma təbii ki, mərhələli şəkildə paytaxtın mərkəzi zonalarında da belə mənzillər olacaq. Güman olunur, marağın yüksək olmasını nəzərə alaraq fond çalışır ki, müraciət başlayan zaman daha çox mənzil təklif etmək imkanı olsun. Bununla tələbin müəyyən hissəsini qarşılaya bilmək istəyirlər”.

Ekspertin fikrincə, bununla belə, mövcud şərtlər daxilndə fond kirayə evlər ilə bağlı müraciəti bu il aktivləşdirə bilər.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz