Redaksiyamıza müraciət edən Şahlar Abışov çalışdığı "188" Yük Taksisi xidmətinin rəhbərliyindən narazılıq edir. Şikayətçi düşən vətəndaş DİA.AZ-a bildirir ki, qanuni olaraq işçisi olduğu sözügedən şirkətdən əməkhaqqısını ala bilmir.
Narazı vətəndaşın dia.az-a söyldəikləri: "Mən dəfələrlə müraciət etsəm də, 430 manat əməkhaqqımı hələ də ödəməyiblər.Başqa çarğəm yoxdur. Prezidentə müraciət edəcəm ki, bu cür işçi haqqını yeyənləri sərt cəzalandırsınlar. Biz kasıb adamlarıq, onların həmin pula ehtiyacları yoxdursa, biim var".
Qeyd edək ki, narazılığa səbəb olan şirkətin Səfər adlı xidmət müdiri ilə dia.az olaraq əlaqə saxladıq. Həmin şəxs iddia etdi ki, belə məsələlərə o yox, mühasibatlıq baxır. Bizim isə mühasibatlığın Rəşad adlı mühasibi ilə əlaqə qurmaq cəhdlərimiz uğursuz alındı.
Yenə də qarşı tərəfi də dinləməyə hazır olduğumuzu bildiririk.
Mövzu diqqətimizdədir.