Axtarış...

Saatlının başçısı "racon kəsir"... - İDDİA

Saatlının başçısı "racon kəsir"... - İDDİA

Sabirabaddan Saatlıya transfer olunan icra başçısı Nazim İsmayılovla bağlı DİA.AZ-a ilginc informasiya daxil olub. Belə ki, mötəbər mənbə Nazim İsmayılovun adamlarından birinin bu günlərdə Saatlıdakı idarə müdirlərinə haqq qoyduğunu iddia edir.

Mənbənin dia.az-a söylədikləri: "Hətta başçının adından Saatlıdakı rəhbər şəxslərin birindən 30 min manat istənilib. Əkshalda postu ilə vidalaşa biləcəyi haqda xəbərdarlıq da edilib.

Qeyd edək ki, sözügedən iddia ilə bağlımünasibət öyrənə bilməyimiz üçün dəfələrlə Nazim İsmayılovla əlaqə saxlamaq istəsək də, hörmətli başçı telefonlarımıza cavabverməyib.

Yenə də qarşı tərəfi dinləməyə hazır oldğumuzu bəyan etməklə yanaşı bildiririk ki, yaxın vaxtlarda daha dolğun bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləyin... (DİA.AZ)
Text-to-Speech

DİNLƏ






Şərh yaz