Bizdən bağça müdiri 300 manat pul istədi. Vermədik, dedik ki, pul vermək niyyətimiz də yoxdur. Cavabında dedi ki, o zaman sizin uşağınız da bu bağçaya düzələ bilməyəcək". Bu sözlər DİA.AZ-a ünvanlanan şikayət məktubundandır.
Narazı vətəndaş Binəqədi rayonu ərazisində yerləşən 294 saylı uşaq bağçasından giley edir:
"Bununla bağlı biz hətta Binəqədi rayon icra hakimiyyətinə də müraciət etdik. Məqsədimiz o idi ki, uşağımızı rüşvətsiz bir gələcəyə alışdıraq. Amma alnmad. Məlum oldu ki, 294 sayl uşaq bağçasının rəhbərliyi elə beşikdəcə Azərbaycanın gələcəyini məhv etməyi qəsd ediblər. Bizim son çarəmiz prezidentə müraciətdir. Cənab prezident, bu cür bağça müdirələri varsa, o zaman gələcəyimizə güvənməli deyilik".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Mövzu diqqətimizdədir...