Axtarış...

Azərbaycanda təmassız ödəniş kartlarının sayı və elektron ticarətin həcmi 2 dəfə artıb

Azərbaycanda təmassız ödəniş kartlarının sayı və elektron ticarətin həcmi 2 dəfə artıb

“Keçən illə müqayisədə bank sektorunun rəqəmsallaşmasında növbəti uğurlar əldə edilib”.

ONA-nın məlumatına görə, bunu bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov “Maliyyə və Texnologiyalar Sammiti”ndə (Fintex) bildirib.

İ. Alışov deyib ki, hər bir bankın rəqəmsal transformasiyası üzrə ayrıca bir model müəyyənləşdirilib, hər bir banka individual yanaşılıb: “Keçən illə müqayisə etdikdə, həm elektron ödənişlərin həcmində, həm də bankların rəqəmsallaşmasında müsbət dinamikanı görürük. Artıq Azərbaycanda fəaliyyət göstərən 30 bankın 27-də internet bankçılıq, 25-də Mobil bankçılıq xidmətləri təşkil edir. Cari ilin birinci rübündə açılmış hesablar üzrə aparılan əməliyyatlar təxminən 31% elektron bankçılıq xidmətləri vasitəsi ilə həyata keçirilib. Bu, keçən ilin müvafiq dövründə 22 faizin üzərində idi. Bu artım bizi sevindirir”.

İ. Alışov qeyd edib ki, hazırda ölkədə 6,8 mln. ədəd kartlar var: “Bu ilin birinci rübündə 700 72 min ədəd təmassız ödəniş kartı dövriyyəyə buraxılıb. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Digər tərəfdən, hazırda elektron ticarət sürətlə həyatımıza daxil olur. Elektron ticarətin statistikasına baxsaq, 2019-cu ilin birinci rübündə aparılan əməliyyatlar keçən ilin müvafiq dövrünü 2 dəfə üstələyir. Bu, mütləq ifadədə, təxminən bu ilin birinci rübündə təxminən 573 mln., keçən ilin birinci rübündə 266 milyon manat olub”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz