Nazirlər Kabineti "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında" qərara dəyişiklik edib.
Milli.Az bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında" 2016-cı il 30 dekabr tarixli qərarın 4-cü hissəsində "Rüfət Aslanlı" sözləri "İbrahim Alışov" sözləri ilə və "Direktorlar Şurasının sədri" (Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri) sözləri "İdarə Heyətinin sədri vəzifəsini icra edən" sözləri ilə əvəzlənib.