Casusluqda, PKK və FETÖ terror təşkilatları ilə əlbir olub cinayət törətməkdə ittiham olunan amerikalı rahib Endryu Branson bu gün 4-cü dəfə hakim qarşısına çıxarılacaq.
Axar.az xəbər verir ki, Branson İzmirdə ev həbsində qaldığı yerdən təhlükəsizlik qüvvələri tərəfindən məhkəməyə aparılıb.
Keşişin evinin qarşısında böyük təhlükəsizlik tədbirləri görülüb.
Qeyd edək ki, ABŞ-ın bir sıra yüksəkçinli şəxsləri Bransonun bu gün azad ediləcəyinə ümid etdiklərini açıqladığı halda, bəzi mənbələr keşişin 35 ilə qədər azadlıqdan məhrum edilə biləcəyini vurğulayır.
***
Amerikalı keşiş Endryu Bransonun məhkəmə prosesində şahidlərdən bəziləri ifadələrini dəyişib.
Bu barədə CNN televiziyasının müxbiri Ben Vedeman yazıb.
Müxbirin sözlərinə görə, əvvəl Branson əleyhinə ifadə vermiş şəxslərin bir neçəsi ifadəsini dəyişib və “qarmaqarışıq” yeni ifadələr veriblər. Məhkəmə prosesinə verilən 1 saatlıq fasilədən sonra isə yeni bir şahidin Bransonun lehinə ifadə verməsi gözlənilir.
***
Prokuror İzmir Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxarılan Endryu Bransonun 10 ilə qədər həbs cəzası almasını tələb edib.
***
Məhkəmənin qərarına əsasən, Endryu Branson azadlığa buraxılıb.