Axtarış...

Paşinyan qərarları verəndə telefonda kiminlə müzakirə aparır? – ŞOK SİRR

Paşinyan qərarları verəndə telefonda kiminlə müzakirə aparır? – ŞOK SİRR

Ermənistanın baş naziri Nikol Paşinyanı keçmiş prezident, onun müəllimi hesab edilən Levon Ter-Petrosyan idarə edir.

Bu barədə Ermənistanın "Past" qəzeti yazıb.

Qəzet qeyd edir ki, son dövrlər müxtəlif vəzifələrə Ter-Petrosyanın adamları təyin edilir.

"Bu addımlardan sonra keçmiş prezidentin aktiv siyasətə qayıdacağı haqqında məlumatlar yayılıb. İddialara baş verir ki, Paşinyan xüsusilə xarici siyasət sahəsindəki qərarları Petrosyanın məsləhəti ilə qəbul edir. Belə ki, gün ərzində o, Petrosyanla telefonda müzakirələr aparır və qərarları məsləhətlərə uyğun qəbul edir"- deyə qəzet yazıb.

Xatırladaq ki, Levon Ter-Petrosyan İtaliyanın Ermənistandakı səfiri ilə görüşdüyü və ondan Koçaryanla bağlı xahiş etdiyi haqqında məlumat yayıb. Məlumata görə, Petrosyan görüşdə İtaliyanın nümayəndəsinin Avropa İnsan Haqları Məhkəməsinin sədri olduğunu və səfirdən bu məhkəmədə Köçəryanın lehinə qərar çıxarılmamasını tələb edib. Petrosyan səfirin buna əməl edəcəyi halda İtaliyanı bütün beynəlxalq platformlarda Ermənistanın dəstəkləyəcəyini deyib. Səfir isə bu təklifi rədd edib və bir daha Petrosyanla görüşməyəcəyini bildirib. (publika.az)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz