“Ermənistan hökuməti 1991-ci ildən bəri ölkə tarixində ictimai rezonans doğuran, cavab tapılamayan bütün işlərə yenidən baxacaq”.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyanın aparat rəhbəri Eduard Ağacanyan açıqlama verib.
“İstər Levon Ter-Petrosyan, istər Robert Koçaryan və istərsə də Serj Sarkisyan dövrünün cinayətləri üzə çıxarılacaq”.
Ağacanyan Paşinyan hakimiyyətinin cəmiyyətin bütün suallarına cavab vermək niyyətinin olduğunu deyib.
Hazırda Ermənistanın 2-ci prezidenti Robert Koçaryan və 3-cü prezidenti Serj Sarkisyana qarşı cinayət işi açılıb.