Axtarış...

Paşinyan Lavrova "güc nümayişi" ilə cavab verəcək

Paşinyan Lavrova "güc nümayişi" ilə cavab verəcək

Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanın son günlərdə atdığı addımları tənqid etməsinə cavab olaraq, Ermənistanın baş nazir Nikol Paşinyan Moskvaya "güc" nümayiş etdirməyə hazırlaşır.

Millitv.az "azvision.az"a istinadla xəbər verir ki, bu barədə Paşinyanın birinci müavini Ararat Mirzoyanın keçmiş mətbuat katibi Karpis Paşoyan "Facebook" səhifəsində yazıb. Bildirib ki, Paşinyanın baş nazir postuna gəlməsinin 100 günlüyü münasibətilə avqustun 17-də əhalini ona dəstək üçün mitinqə dəvət etməsi əslində Rusiyaya mesajdır.

"Rusiya XİN rəhbərinin bəyanatından sonra Paşinyanın 17 avqusta təyin etdiyi mitinqə bir növ hərbi parad məntiqilə güc nümayişi kimi baxılmalıdır. Mitinqə toplaşanlar bir daha göstərəcəklər ki, Paşinyan kabinetinə inanırlar. Həmçinin bütün dünyaya Ermənistanda hakimiyyət dəyişikliyinin və respublikanın müstəqilliyinin sığortalandığını nümayiş etdirəcəklər", – deyə Paşoyan bildirib.

Onun sözlərini şərh edənlər isə qeyd edib ki, Paşinyan xalqın dəstəyinə sahib olduğunu göstərməklə gələcəkdə özünə qarşı həyata keçirilə biləcək istənilən təxribatın uğursuzluğa düçar olacağı ilə bağlı Moskvaya mesaj verib.

Xatırladaq ki, 2008-ci ilin mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin fəaliyyətda olan baş katibi Yuri Xaçaturov həbs ediliblər. Xaçaturov hələlik zaminə çıxa bilib. Ötən gün isə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ermənistanda cərəyan edən hadisələr ölkənin yeni rəhbərliyinin siyasi sələflərini təqibə məruz qoymayacağına dair bəyanatları ilə ziddiyyət təşkil edir. Bir müttəfiq kimi Ermənistanda baş verənlər Moskvanı narahat edir və bu narahatlıq bir neçə dəfə Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz