Axtarış...

Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdədir

Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdədir

Fevralın 4-də Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvlərini Özbəkistanın Baş naziri Abdulla Aripov və Baş nazirin müavini Eler Qəniyev qəbul edəcək. Nümayəndə heyətinin üzvləri Özbəkistanın müvafiq nazirlik və şirkətlərinin rəhbərləri ilə də görüşlər keçirəcək, istehsalat sahələrinə baş çəkəcək.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı naziri İnam Kərimov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər, həmçinin bir sıra istehsal şirkətlərinin rəhbərləri daxildir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz