Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərinə rəsmi səfərə gedib.
XİN-dən "Report"a verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycanın Milli Məclisi, Energetika Nazirliyi və Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri daxildir.
Səfər çərçivəsində E.Məmmədyarovun Bolqarıstanın yüksək səviyyəli rəsmiləri ilə görüşü, eləcə də Azərbaycanla Bolqarıstan arasında Strateji Dialoqun birinci iclası keçiriləcək.