Axtarış...

"Bizim Yol"un çap versiyası dayandı

"Bizim Yol"un çap versiyası dayandı

"Bizim Yol" qəzeti öz çap versiyasını özü dayandırıb. Bu qərarı verməyimiz print- medianın üzləşdiyi problemlərlə bağlıdır".

NMilli.Az bildirir ki, bu barədə Bizimyol.info-ya açıqlamasında baş redaktor Bahəddin Həziyev deyib. O bildirib ki, çap mediası dərin oxucu böhranı keçirir: "Qəzetin çap variantını dayandırmaq bizim üçün, təbii ki, asan olmadı. Bəzi iş yoldaşlarımızdan ayrılmaq ən çətinidir. Ancaq qərar vermək durumundaydıq. Düşünürəm ki, bu situasiyada ən doğru qərar belə idi. Çünki çap vasitələrinin qiymətləri durmadan artır, qəzet bazarı isə yoxdur. Qəzet satışı getdikcə azalır, qəzet rentabelli deyil. Sadəcə, qəzet xatirinə qəzet buraxmaq lazım deyil. Bu, bizə əlavə vaxt, enerji, maliyyə itkisinə başa gəlirdi. Makulatura etməyin mənası yoxdur. Real vaxt rejimində (onlayn) işləyən media daha effektiv trenddir. Bizim qəzetin internet versiyası kifayət qədər populyardır, ancaq onu daha da inkişaf etdirmək əzmindəyik. "Bizim Yol" bağlanmayıb, sadəcə, kağız versiyası dayanıb. İmkanımız çatsa, çap versiyasını həftədə bir dəfə olmaqla davam etməyi düşünürük. Alınmasa da, bunu şəxsi və ictimai faciə saymıram -onlayn versiyamız var. Biz varıq və yenə də yolumuza davam edəcəyik".



Bahəddin Həziyev "Bizim Yol" oxucularına müraciətlə deyib: "Ümid edirəm, bu qərarımızı anlayışla qarşılayacaqsınız. Üzülməyin. Bizi internetdə izləməyi davam edin. Yeni yüzilin tələbi yeni texnologiyalara yiyələnmək və onlardan yararlanmaqdır. O cümlədən, ən yeni informasiya texnologiyalarından. Bizi izlədiyiniz üçün təşəkkür edirik".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz