Oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "Ədəbiyyat qəzeti" yayınları seriyasından çap olunan 5 kitabın - "Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda", Əyyub Qiyasın tərtib və tərcüməsində "Ədəbiyyat üzrə Nobel mükafatçıları. 1901-2017" antologiyası, Günel Eyvazlının "İşıq" esselər toplusu, Samirə Əşrəfin "Dördüncü divar" və Sevda Sultanovanın "Ekranlaşdırılmış ədəbi əsərlər" kitablarının təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, qəzetin təsis etdiyi "Əli bəy Hüseynzadə" mükafatı da həmin gün bir neçə müəllifə təqdim ediləcək.
Qeyd edək ki, çap edilən kitablar ölkə başçısının Azərbaycan Yazıçılar Birliyinə ayırdığı vəsait hesabına işıq üzü görüb.