2019-cu ilin yanvar-iyul aylarında Türkiyə hava məkanından 1 148 426 təyyarə istifadə edib.
“Anadolu” xəbər verir ki, bu müddət ərzində ölkənin hava məkanında hər 20 saniyəyə bir təyyarə uçuşu düşüb və bu rekord göstəricidir.
Türkiyə dövlət aeroportları baş idarəsinin verdiyi məlumata görə, son 10 il ərzində hava limanlarında sərnişin daşımalarının sayı 45 milyon insandan 116 milyona kimi artıb.
Hazırda Türkiyədən dünyanın 119 ölkəsinə səyahət etmək olar.
İlin ilk 7 ayı ərzində tranzit reyslərinin də sayı 3,2% artıb.