Axtarış...

SON DƏQİQƏ: Dünya ŞOKDA - Bu ölkənin beynəlxalq hava limanı BOMBALANDI



İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanına hücum təşkil edilib.

Millitv.az “euronews”ə istinadən xəbər verir ki, hava limanına azı 4 raket zərbəsi endirilib. 10-a qədər yaralı var. Şahidlərin iddiasına görə, onlar hücum zamanı qırıcı təyyarənin uçduğunun şahidi olublar. Bu üzdən, əməliyyatın qırıcı tərəfindən təşkil olunduğu istisna edilmir. Rəsmi Bağdad hadisə barədə hələlik açıqlama verməyib.

Qeyd edək ki, beynəlxalq hava limanından bir neçə yüz metr məsafədə amerikalı hərbçilərin olduğu baza yerləşir. Son iki həftə ərzində amerikalı hərbçilərin olduğu bazaya iki dəfə hücum təşkil edilsə də, tələfat qeydə alınmayıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz