Bakı şəhərinin Suraxanı rayonunun Ramana qəsəbəsində yerləşən evdə ana və 3 körpə övladının dəm qazından zəhərlənərək ölməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.
Neftçala rayon Xolqaraqaşlı kənd sakinləri 26 yaşlı Elmira Əsgərova ilə övladları – 5 yaşlı Əli, 3 yaşlı Fatimə və 1 yaş 6 aylıq yaşlı Zeynəbin dəm qazından zəhərlənərək vəfat etdiyi hadisəyə görə Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. Suraxanı rayon Prokurorluğunda açılmış cinayət işi ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ailə başçısı Əsədulla Əsgərov Bakıda şirkətlərdən birində mühafizəçi işləyib. O, yanvarın 25-də gecə növbəsində işdə olub və səhər saatlarında evə gələndə həyat yoldaşı ilə 3 körpə övladının dəm qazından boğularaq öldüyünü görüb.
Dəhşətli hadisədə ölən ana və körpələrinin fotolarını təqdim edirik. Vəfat edən ana və övladları Xolqaraqaşlı kənində yanaşı dəfn edilib./publika.az